Tibet təbabəti nədir? Tibet və Tiens.

TIENS Buzovnada yeni ofisi açıldı
07 İyul 2019
Corono virusdan necə azad ola bilərik ?
28 Aprel 2021

Tibet təbabəti özünəməxsusluğu ilə dünyada məşhurdur. Bu təbabətin əsas müyinə və müalicə obyekti qandır. Tibet təbabətininənənələrini yaşadan “Tiens” şirkəti dünyanın hər yerində tanınır.

Şirkət Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir. “Tiens” böyük korporasiyadır. Azərbaycanda yüngül və yeyinti sənaye məhsullarının realizasiyası ilə fəaliyyətə başlayıb. Ümumilikdə “Tiens” korporasiyası 1993-cü ildə “Şərqi Asiya”da yaranmışdır. Baş ofis Pekin şəhərində yerləşir. “Tiens” tərcümədə “Səma şiri” mənasını verir. Şir korporasiyanın qüdrətinin və əzəmətinin simvoludur. “TİENS” korporasiyası iri holdinq müəssisəsidir. Korporasiyanın prezidenti Li Di Yuan çox məhşur biznesmen və planetimizin ən məhşur insanlarındandır. Bu gün korporasiyanın müxtəlif fəaliyyət sferasında 10 törəmə müəssisəsi vardır. Daşınmaz əmlak, təhsil, mədəniyyət, ticarət, beynəlxalq turizm, elmi tədqiqat, yüngül və yeyinti sənayesi və s. sahələri əhatə edən çoxşaxəli transmilli nəhəngə çevrilmişdir. İstehsal gücləri dünyanın 5 kontingentində yerləşmişdir: Şimali Amerika, Asiya, Avropa, Avstraliya və Afrika. 1995-ci ildə korporasiya öz əsas strukturunu məlumat biznesinə gətirir hansı ki, məhsulun dövriyyəsini məlumatın verilməsi hesabına həyata keçirir. 1997-ci ildə korporasiya dünya bazarına çıxıb və bu gün dünyanın 192-dən çox ölkəsində rəsmi nümayəndəliyi var, 200-dən çox ölkədə qeydiyyatdan keçib. Azərbaycana isə 2002-ci ildə Respublikanın Ədliyyə və Səhiyyə Nazirliyinin qeydiyyatından keçərək 100 illik müqavilə ilə gəlmişdir. Respublikanın bütün qanunlarına hörmət edir. “Tiens” öz məhsullarını hazırlayan və istehsal edən çoxsahəli korporasiyadır. Son hesabat ilində kompaniyanın illik mal dövriyyəsi 18 milyard dollardan çox olmuşdur.
1998-ci ildə dünyanın aparıcı 10 marketoloq və psixoloqu tərəfindən “Uğur sistemi” adı altında çox uğurlu təlim sistemi işlənib hazırlanmışdır. Bu sistem hər bir əməkdaşa qısa vaxt ərzində öz biznesini qurmaq, yüksək gəlir əldə etmək imkanı verir. Bu təlimlər yerli, regional və beynəlxalq səviyyədə həyata keçirilir. Təlimlər pulsuzdur, baxmayaraq ki bu cür təlimlərin keçirilməsi çoxlu pul tələb edir. Şirkət Azərbaycanda yüngül və yeyinti sənayesinin məhsulları ilə təmsil olunur. Qədim Tibet təbabəti əsasında yeni yüksək texnologiyalardan istifadə etməklə sağlamlaşdırıcı xarakterli təbii məhsulların işlənib hazırlanması ilə məşğul olur. Məhsulların istehsalı prosesində Şanxay BİO mühəndislik institutunda hazırlanmış, Almaniya və ABŞ-dan alınmış yeni avadanlıqlardan və yüksək texnologiyalardan istifadə olunur. Korporasiya istehsal etdiyi məhsulların üzərində çox ciddi nəzarət sistemi qurmuşdur. Bunun nəticəsi olaraq şirkət bir çox medal və sertifikatlarla təltif olunmuşdur. Beynəlxalq Kredit Bankı “Tiens” şirkətini kapital qoyuluşuna görə AAA kateqoriyasına aid etmişdir. Müqayisə üçün bildirək ki, ən etibarlı bank sayılan İsveç bankı AA kateqoriyasına aid edilir. TİENS korporasiyası xeyriyyə məqsədləri üçün də çox böyük vəsait sərf edir. Məktəb tikintisini maliyyələşdirmiş, əlil və az təminatlı kömək və təbii fəlakətlərin nəticələrini aradan qaldırmaq üçün sosial proqramların həyata keçirilməsində yaxından iştirak etmişdir. Korporasiyanın xeyriyyə məqsədli xərclədiyi ianələrin məbləği 200 mln dollardan çoxdur.

“Tiens” məhsullarının bu kimi digər məhsullardan başlıca fərqi nədir?

İnsanın qidalanmasında vacib olan kalsium defisit bu gün yediyimiz qidalarda azlıq təşkil edir. Onu bərpa etmək üçün süd məhsullarından istifadə etməliyik. Bu gün süni şəkildə süd məhsullarından istifadə edirik, lakin kalsium defisitimiz bərpa olunmur. Bu səbəbdən hal-hazırda bütün dünyada insanlar təbii qida vasitələrindən istifadə edirlər. “Tiens” təbii qidaların hazırlanmasında tək deyil. Bu kimi şirkətlər çoxdur. “Tiens” bu şirkətlər arasında ölkə bazarında hal-hazırda təbii vasitələri istehsal edən və onları Azərbaycana gətirilməsində flaqmandır. Şirkət məhsulun keyfiyyətinə göstərilən nəzarətə görə ilk pillədədir. Bir həkim kimi bu şirkəti seçməyimin başlıca səbəbi onun məhsullarının keyfiyyətli olmasıdır. İstehsal olunan “Tiens” məhsullarının öz kökü var. Bu məhsullar beş min illik qədim Tibet təbabatının kosepsiyasına görə hazırlanır. Minillərlə keçib gələn sağlamlığı qoruma mədəniyyətinə əsaslanan reseptləri şirkət insanlar üçün əlçatan edib. “Tiens” digər şirkətlərdən məhsulun keyfiyyətinə, kökünə, növünə və çeşidinə görə fərqlənir.  

Şirkətin Azərbaycanda fəaliyyəti haqqında nə deyə bilərsiz?

Bir həqiqətdir ki, MDB ölkələri sağlam qidalanmaya üstünlük vermir. Dünyada belə bir statistika var. Təbii vasitələrdən istifadədə Yaponiya birinci yerdədir. Onlar bilirlərki sağlamlığı qorumaq xəstələndikdən sonra bunu etməkdən daha əhəmiyyətlidir. Bu səbəbdən bu gün dünyanın ən uzun ömürlü insanları yaponlardır. Növbəti yerlərdə Çin, Hindistan və Amerika dayanır. MDB ölkələrindəki insanlara isə unutdurublar ki, türkün çarəsi məhz türkəçarədir. Qəbul etdiyimiz kimyəvi ağrıkəsicilər səbəbilə günü-gündən xəstəliklər daha da artır.
“Tiens” şirkətinin 17 ildir Azərbaycanda məqsədi ondan ibarətdir ki, əhali anlasın ki, sağlamlığı qorumaq, onu xəstələnəndən sonra müalicə etməkdən daha əhəmiyyətlidir.  Bu minvalla “Tiens” sağlam məhsulların təbliğatı ilə məşğuldur.

Müxtəlif istiqamətlərdə, qida əlavələri, sağlamlaşdırıcı cihazlar, kosmetik və şəxsi gigiyena seriyası, evə qulluq vasitələri məhsullarını istehsal edirsiz. Alıcılar daha çox hansı “Tiens” məhsullarına üstünlük verir?

İnsan düzgün qidalanma ilə sağlamlığını yalnız altmış faiz qoruya bilər. Qalan faizləri isə sağlamlaşdırıcı aparatlarla enerji, qan dövranını yaxşılaşdırmaqla təmin etmək mümkündür. Uzun illər Azərbaycanda belə bir tendensiya hökm sürürdü ki, insanlar sağlamlıqları haqqında onu itirdikdən sonra düşünürdülər. Bu gün sevindirici haldır ki, əhali artıq sağlamlığının qeydinə qalmalı olduğunu anlayır. Ona görə də şirkətin Azərbaycana gələn bütün məhsullarına təlabat var, amma çoxəsrlik çay mədəniyyəimizi nəzərə alsaq şirkətin istehsal etdiyi bioloji qida məhsulları, çaylar, paraşoklar bu kimi vasitələrə daha çox üstünlük verilir.
Dünyada insanların qorxduğu bir xəstəlik var o da xərçəngdir. “Tiens”in bir neçə məhsulu var ki, bu xəstəliyin yaranmasının qarşısını alır. Bunlar Xolikan, Xitozan, Kordiseps adlı məhsullardır. Bu məhsullar xərçəng hüceyrələrinin ilk etapda yaranamsının qarşısını alır. Xitozan  satışı üzrə dünyada bir nömrədir. Xitozan tam təbii məhsuldur .Qırmızıayaq dəniz xərçənginin xitinlərindən hazırlanıb. Orqanizmi şlaklardan,dərman qalıqlarından ,ziyanlı maddələrdən ,şüadan, iri və xırda qan damarlarından xolesterin və yağ birləşmələrindən təmizləmək üçün, qastrit,duodenit,mədə 12 barmaq bağırsaq xorasının müalicəsi, qara ciyər xəstəliklərinin həmçinin qara ciyər piylənməsinin müalicəsi üçün istifadə olunur. Bundan əlavə  mədəaltı vəziinin,öd kisəsinin işini və həzmi yaxşılaşdırır. Həmçinin şişlərin müalicə proqramında, yanıqların və yaraların izsiz ,çapıqsız sağalması üçün, xarici və daxili çapıqların əridilməsi üçün istifdə olunur, istənilən mənşəli baş ağrılarının aradan götürür. Əlavə olaraq qurşaq və bel nahiyəsindəki ağrıları götürü, qan təzyiqini aşağı salmaq üçün istifadə olunur. İmmuniteti gücləndirir.
İkinci ən çox satılan məhsul isə  Kordisepsdir. Allahın möcüzəsi adlanan bu məhsul ilin yarısını bitki, yarısını isə heyvan qismində keçirən yaratıkdır. Adındanda göründüyü kimi kordi-yəni ürək qan damar sistemi xəstəliklərində və təbii antibiotik kimi əvəzsiz təsirə malikdir. Heç bir orqana mənfi təsir etməyən və orqanizmdən əsasən tərlə xaric olan təbii antibiotik. Iltihab əleyhinə təsiri hidrokartizondan güclüdür. Antioksidantdır . Şiş əleyhinə təsir göstərir. 
Kalsium-fosfor tarazlığını tənzimləyir. Xüsusilə qaraciyərə və böyrəyə müsbət təsir göstərərək, dağılmış hüceyrələri bərpa edir.

“Tiens” dünya bazarına hansı istiqamətdə məhsullar çıxarır?
“Tiens”in mindən çox çeşiddə məhsulları var. Hər bir region məhsul istifadəsinə görə fərqlənir. Şirkət çalışır ki, dünyanı balanslı şəkildə istehsal etdiyi məhsullarla təmin etsin. Şirkətin emprik mərkəzlərində nanotexnologiya ilə təchiz olunmuş yüksək avadanlıqda aparatlar var. Bu aparatlar yerindəcə ödənişsiz çek-ap edərək sizə hansı qida məhsullarının lazım olmasını təyin edir. Bizim məqsədimiz  Azərbaycanda belə bir emperik mərkəzin yaradılmasıdır. Emperik mərkəzlər apteklə xəstəxananın birləşdiyi yeni modelidir ki, xəstəliklərin kökünü müəyyənləşdirir.

Antilipid imperator çayının nə kimi faydaları var?

25 ildir heç bir reklam getmədiyi halda Azərbaycanda bu məhsul olduqca məşhurdur. Antilipid çay 6 növ yaşıl çayın qarışığından hazırlanıb. Heç bir əks təsiri yoxdur. Tərkibinə heç bir rəngləndirici vurulmur. Orqanizmdə piy mübadiləsini yaxşılaşdırır, qan damarlarının divarlarından xolesterini çıxarır, görmə qabiliyyətini yaxşılaşdırır. Orqanizmdən toksik maddələri çıxarır. Yüksək temperaturu aşağı salır. Poxmel sindromunu azaldır, başı sağlamlaşdırır, güc verir. Həzm sisteminin və qaraciyərin funksiyasını yaxşılaşdırır. Stresslərdən sinir gərginliyini azaldır. Ürək-damar xəstəliklərində profilaktik vasitə damarların aterosklerozu, ürəyin işemik xəstəliyi, hipertoniya xəstəliyində sağlamlaşdırıcı vasitədir.Bundan əlavə görmə qabiliyyətini yaxşılaşdırır. Göz xəstəliklərinin müalicəsi və profilaktikasında istifadə olunur. Qrip, angina, yüksək temperaturda virus intoksikasiyasını aradan qaldırır. Mədənin, prostat vəzinin, limfatik sistemin, dəri örtüyünün onkoloji xəstəliklərinin müalicəsində profilaktik və əlavə vasitə kimi rol oynayır.

“Tiens” dietik qida əlavələrinin təhlükəsizliyinə necə zəmanət verir?

İnsanlar arıqlamaq üçün dietik məhsullardan çox istifadə edirlər. “Tiens”in arıqlama çayları zərərsizdir və istifadə edən insanın pəhriz saxlamağına ehtiyac yoxdur. İstənilən yaşda istifadə etmək olar. “Tiens” orqanizmə müdaxilə etmir, sadəcə olaraq arıqlama mexanizmlərinə şərait yaradır. Orqanizm tədricən özünə müfaviq arıqlamağa başlayır. Artıq 17 ildir ki, Azərbaycanda istifadə olunan bu məhsulların effektini görməyən alıcı xatırlamıram. “Tiens”in məhsulları bütün rəsmi keyfiyyətə nəzarət  sertifikatlardan keçirlər. Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi hər altı aydan bir “Tiens”in ölkəmizə daxil olan məhsullarını sertifikatlaşdırır. Tiens məhsulları Azərbaycana avqust və yanvar aylarında gəlirlər. Onu da deyim ki, yüksək tələbat olduğu üçün hal-hazırda bütün məhsullar bitib.

“İşoukan” sağlamlaşdırıcı cihazı haqqında nə deyə bilərsiz? Məlumata görə arterial təzyiqin yüksəlməsi və enməsində kimyəvi drəmansız effekt verir.

“İşoukan” Azərbaycanda ən çox satılan apoaratlar sırasında ilk pillədədir. Artıq insanlar anlayıblar ki təzyiq üçün bir ömür dərman atmağa ehtiyac yoxdur. Çünki bu dərmanlar dərindən effekt vermir.  Ortalama təzyiqin altı etaplı bir bir mexanizması var. “İşoukan” aparatı ilkin dörd  mərhələdə xüsusi mexanizmi ilə kömək edə bilər. Bu aparat elmi kəşfir. Tiens şirkəti elmi kəşfləri patentləşdirir. Bu cihazın nəticəsi çox yüksəkdir. Ondan mütəmadi olaraq üç ay isttifadədən sonra arterial təzyiq dərmanına ehtiyac olmur. Onunla paralel Xitozan və Lipit çayları vasitəsilə orqanizmanın təmizlənməsini də aparırıq.

Şirkətin məhsullarının qiyməti münasibdirmi?

Alıcılar istifadə etdiyi məhsuldan effekt görmək istəyir. Alıcı üçün məhsulun keyfiyyəti qiymətindən daha önəmlidir. “İşoukan” aparat 400-500 manat civarındadı.Lakin onu əldə edən şəxs uzun illər qəbul etdiyi kimyəvi tərkibli məhsullardan azad olacaq.

2 Comments

  1. Gregggop dedi ki:

    Хорошая статья

  2. AffiliateLabz dedi ki:

    Great content! Super high-quality! Keep it up! 🙂

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir